Masazırda bəzi əraziləri su basıb, 25 nəfər təxliyə

09.12.2024

Icma.az, Azvision saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

FHN-in Mətbuat xidmətindən verilən xəbərə görə, daxil olan məlumatlarla əlaqədar nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri əraziyə cəlb edilib.
Görülmüş tədbirlər nəticəsində subasma ilə əlaqədar evlərini tərk etməkdə çətinlik çəkən 6-sı azyaşlı olmaqla ümumilikdə 25 vətəndaşın təxliyəsi və digər təhlükəsizlik tədbirlərinin görülməsi işləri həyata keçirilib.
AzVision.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью