Masazırda bəzi əraziləri su basıb

09.12.2024

Icma.az, Mia.az portalına istinadən məlumat verir.

Abşeron rayonunun Masazır qəsəbəsində bəzi əraziləri su basıb, 25 nəfər təxliyə olunub.

Mia.az Fövqəladə Hallar Nazirliyinə istinadla bildirir ki, intensiv yağan yağışlarla əlaqədar Masazırda bəzi ərazilərin subasmaya məruz qalması barədə nazirliyə məlumatlar daxil olub: "FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri əraziyə cəlb edilib. Subasma ilə əlaqədar evlərini tərk etməkdə çətinlik çəkən 6-sı azyaşlı olmaqla ümumilikdə 25 vətəndaşın təxliyəsi və digər təhlükəsizlik tədbirlərinin görülməsi işləri həyata keçirilib".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью