Masazırda bu yoldan keçən sürücülər qorxu içindədir VİDEO

02.10.2026

Bakupost saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.


Masazırda Duz gölü istiqamətində magistral yolun işıqsız qalması sürücülər üçün ciddi çətinlik yaradır.

"Bakupost" xəbər verir ki, bu barədə aparıcı Arzu Kəlbi sosial şəbəkə hesabında paylaşım edib. O, gecə saatlarında yoldan video çəkərək işıqların olmamasından şikayətlənib.

Aparıcı deyir ki, qaranlıq səbəbindən yoldakı xətləri belə görmək mümkün deyil:

"Bu yolda işıq yoxdur. Heç nə görmürəm. Gördüyüm yalnız qarşıdan gələn avtomobillərin işıqlarıdır. Bura çox təhlükəli yoldur. Nə yerdəki xətti görürəm, nə də öz yolumu bilirəm. Bu qədər də olmaz. İşıqlandırın buranı”, - deyə o bildirib.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью