Masazırda dəhşətli anlar FHN müdaxilə etdi

23.05.2026

Icma.az xəbər verir, Yenisabah saytına əsaslanaraq.

Masazırda ağır yol qəzası baş verib.

“Yeni Sabah” xəbər verir ki, hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub.

Bildirilib ki, Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində “VAZ-2106” və “Chevrolet” markalı minik avtomobillərinin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. Qəza zamanı “VAZ-2106” markalı avtomobildə olan sərnişin deformasiyaya uğrayan nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalıb. Sezar pizza

Məlumat əsasında dərhal hadisə yerinə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb olunub.

Xilasedicilər xüsusi vasitələrin köməyi ilə avtomobildə sıxılı vəziyyətdə qalan 2000-ci il təvəllüdlü Nəcəfov Əşrəf Mahir oğlunu xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

Faktla bağlı araşdırma aparılır.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью