Icma.az bildirir, Baku.ws portalına istinadən.
Abşeron rayonunun Masazır qəsəbəsinin Qarabağlılar küçəsində yerləşən yaşayış massivində elektrik naqilində iki gündür ciddi nasazlıq müşahidə olunur.
Bu barədə görüntülər BAKU.WS-ə daxil olub.
Bildirilib ki, qısaqapanma səbəbilə naqildən güclü qığılcımlar çıxır, əraziyə isə işıq verilmir.
Sakinlər təhlükənin artmasından narahatdır və aidiyyəti qurumlardan müdaxilə gözləyirlər.