Masazırda ev uçub, ölən və xəsarət alanlar var YENİLƏNİB | Icma.az
Unikal.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır. Masazırda uçqun nəticəsində xəsarət alanların durumu açıqlandı.
TƏBİB-dən "Unikal"a verilən məlumata görə, 29 noyabr 2024-cü il tarixində saat 17:20 radələrində Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına iki nəfər (kişilər) hospitalizasiya edilib.
“1984-cü il təvəllüdlü şəxs sağ baldır nahiyəsinin əziyi diaqnozu ilə qəbul edilib.
Ona lazımi tibbi yardım göstərildikdən sonra vəziyyəti kafi qiymətləndirilib və ambulator müalicə üçün evə buraxılıb.
1997-ci il təvəllüdlü digər şəxs isə döş qəfəsi və bel-oma nahiyəsinin əziyi diaqnozları ilə Reanimasiya şöbəsinə yerləşdirilib.
Hazırda onun vəziyyəti orta ağır kimi qiymətləndirilir”, - TƏBİB-dən bildirilib.
*** 19:12 Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində fərdi yaşayış evində uçqun baş verməsi barədə məlumat daxil olub.
Bu barədə "Unikal"a FHN-dən xəbər verilib. Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilase
Tam oxu
Xəbəri oxu