Masazırda evləri su basdı: 25 nəfər təxliyə olundu VİDEO

09.12.2024

Bizim media portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə intensiv yağan yağışlarla əlaqədar Abşeron rayonu, Masazır qəsəbəsində bəzi ərazilərin subasmaya məruz qalması barədə məlumatlar daxil olub. 
Bizim.Media xəbər  verir ki, məlumatlarla əlaqədar FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri əraziyə cəlb edilib. 
Görülmüş tədbirlər nəticəsində subasma ilə əlaqədar evlərini tərk etməkdə çətinlik çəkən 6-sı azyaşlı olmaqla ümumilikdə 25 vətəndaşın təxliyəsi və digər təhlükəsizlik tədbirlərinin görülməsi işləri həyata keçirilib. 

Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью