Masazırda FACİƏ: motosiklet 4 yaşlı uşağı vurub öldürdü

20.06.2026

Icma.az, Lent az portalına istinadən məlumat yayır.

Abşeronda motosiklet azyaşlını vuraraq öldürüb.

Lent.az-ın xəbərinə görə, hadisə Masazır qəsəbəsi, “Qurtuluş-93” yaşayış kompleksinin qarşısındakı küçədə qeydə alınıb.

19 yaşlı Babaşov Fuad Azad oğlu idarə etdiyi “MİNSK D D4” markalı motosikletlə 4 yaşlı Bağırov Atilla Rafail oğlunu əks hərəkət zolağında vurub. Nəticədə uşaq xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla bağlı cinayət işi başlanıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью