Masazırda həyət evləri su basdı FOTO

09.12.2024

Modern.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Abşeron rayonu Masazır qəsəbəsində küçələri su basıb.

Modern.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən Oxu.Az-a bildirilib ki, sözügedən ərazilərin subasmaya məruz qalması ilə nazirliyin "112" qaynar telefon xəttinə məlumatlar daxil olub.

Daxil olan məlumatlar əsasında əraziyə cəlb olunan FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri tərəfindən subasma ilə əlaqədar evlərini tərk etməkdə çətinlik çəkən vətəndaşların təxliyəsi və digər təhlükəsizlik tədbirlərinin görülməsi işləri həyata keçirilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью