Masazırda küçələri su basdı: Sakinlər təxliyə edilir

09.12.2024

Sherg.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Abşeron rayonu Masazır qəsəbəsində küçələri su basıb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən Axar.az-a bildirilib ki, sözügedən ərazilərin subasmaya məruz qalması ilə nazirliyin "112" qaynar telefon xəttinə məlumatlar daxil olub.

Daxil olan məlumatlar əsasında əraziyə cəlb olunan FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri tərəfindən subasma ilə əlaqədar evlərini tərk etməkdə çətinlik çəkən vətəndaşların təxliyəsi və digər təhlükəsizlik tədbirlərinin görülməsi işləri həyata keçirilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью