Icma.az, Konkret.az portalına istinadən məlumat verir. Abşeron rayonu Masazır qəsəbəsində küçələri su basıb.
Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən KONKRET.az-a bildirilib ki, sözügedən ərazilərin subasmaya məruz qalması ilə nazirliyin “112” qaynar telefon xəttinə məlumatlar daxil olub.
Daxil olan məlumatlar əsasında əraziyə cəlb olunan FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri tərəfindən subasma ilə əlaqədar evlərini tərk etməkdə çətinlik çəkən vətəndaşların təxliyəsi və digər təhlükəsizlik tədbirlərinin görülməsi işləri həyata keçirilir.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.