Baku.ws saytına istinadən Icma.az xəbər verir.
Abşeron rayonunun Masazır qəsəbəsində yerləşən 5 nömrəli tam orta məktəbin şagirdlərinin dərsdən qaçdığı iddia edilir.
Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub.
İddialara görə, məktəblilər mütəmadi olaraq dərslərdən qaçırlar.
Məsələ ilə əlaqədar Abşeron-Xızı Regional Təhsil İdarəsinə sorğu ünvanlamışıq. Cavab verildikdə xəbər yenilənəcək.