Masazırda oyun başladı YENİLƏNİR

25.01.2025

Icma.az, Apasport portalına istinadən məlumat yayır.

Misli Premyer Liqasının ikinci oyun gününə Masazırda yekun vurulacaq.

Apasport.az xəbər verir ki, "Sabah" doğma azarkeşlərinin önündə "Sumqayıt"ı qəbul edir.

Turnir cədvəlində qonşu olan komandaların dueli maraqla gözlənilir. "Bayquşlar" 19 turdan sonra 27 xalla beşinci, "Sumqayıt" isə 20 xalla altıncı yeri tutur. 

Cari mövsüm bu komandaların duelində bərabərlikdir. Belə ki, ilk iki dövrədə tərəflər hərəyə bir qələbə qazanıblar. "Sabah" öz meydanında "Sumqayıt"ı 3:1 hesabı ilə məğlub edib. Səfərdə isə rəqibinə 0:1 hesabı ilə uduzub.

Qeyd edək ki, tura sabah keçiriləcək iki qarşılaşma ilə yekun vurulacaq. 

Misli Premyer liqası

III dövrə, XX tur

18:30. "Sabah" - "Sumqayıt" 0:0

Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Rəhman İmami, Rəşad Əhmədov
VAR: Nicat İsmayıllı
AVAR: Asiman Əzizli
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Rüfət Əmirov
Masazır. "Bank Respublika Arena".

“Səbail” - “Kəpəz”: START HEYƏTLƏR Millimiz Kosovo ilə qarşılaşacaq “Neftçi”də yeni məşqçi Emil Mustafayev rəsmən "Çernomorets"də “Kəpəz” yeni transferini açıqlayıb
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью