Masazırda qayda pozan “Prius” sürücüsü baxın özünü necə gülməli vəziyyətə saldı VİDEO

22.04.2025

Avtosfer portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Abşeron rayonu, Masazır qəsəbəsi, Əliağa Vahid küçəsində qayda pozan sürücü qəza şəraitinə səbəb olub.

Avtosfer.az-ın məlumatına görə, hadisə aprelin 21-də saat 17:10 radələrində qeydə alınıb. Videodan da göründüyü kimi, 77-FH-453 dövlət nömrə nişanlı “Toyota Prius” markalı avtomobilin sürücüsü ötmə və manevr qaydasını pozub. Belə ki, önündəki maşını ötmək üçün sağa - yol çiyninə çıxan sürücü ardınca sola manevr edib və görüntünü qeydə alan avtomobilə qəza riski yaradıb. Təhlükəylə üzləşən sürücü siqnal verərək “Nə olub? Hara girirsən?” - deyə, ona sual verib. Qayda pozan şəxs isə “Yaxşı edirəm. Düz yolunu gedə bilmirsən?” deyərək özünü gülməli vəziyyətə salıb. 

Nərmin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью