Masazırda sahibsiz itlərlə bağlı hərəkətə keçildi VİDEO

11.10.2025

GlobalInfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ötən gün Globalinfo.az Abşeron rayonu Masazır qəsəbəsində sahibsiz itlərlə bağlı məqalə dərc etmişdi.

Yazıda qeyd edilirdi ki, sürü halında gəzən itlər sakinlərə ciddi təhlükə yaradır. Saytımız bununla bağlı Abşeron Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladı. Qurumdan məsələ ilə bağlı lazımı addımların atılacağı bildirildi.

Oktyabrın 11-də isə sosial şəbəkələrdə Masazır qəsəbəsində sürü halında gəzən sahibsiz itlərin xüsusi maşınlar və avadanlıqlar vasitəsilə toplanaraq ərazidən uzaqlaşdırıldığına dair görüntülər yayılıb.

Zaira Akifqızı
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью