Masazırda sürət həddini aşan sürücü maşını dərəyə aşırdı VİDEO

20.02.2025

Avtosfer saytından alınan məlumata görə, Icma.az bildirir.

Abşeron rayonu Masazır qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az-ın məlumatına görə, qəza fevralın 19-da səhər saatlarında qeydə alınıb. Belə ki, hərəkətdə olan 77-YF-552 dövlət nömrə nişanlı “Chevrolet Cobalt” markalı avtomobil yoldan çıxaraq dərəyə düşüb. Hadisə şahidlərinin iddiasına əsasən, qəzaya səbəb yüksək sürət həddi olub. Nəticədə maşın yararsız vəziyyətə düşüb. Xoşbəxtlikdən xəsarət alan olmayıb. 

Qeyd edək ki, hadisə yerinə evakuator cəlb olunub, qəzalı maşın ərazidən kənarlaşdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Nərmin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью