Masazırda sürücülər kütləvi şəkildə əks yola çıxıb hərəkəti çətinləşdirdi VİDEO

10.09.2026

Avtosfer portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Masazır qəsəbəsində qayda pozuntusu törədən sürücülər kameraya düşüb. Avtosfer.az xəbər verir ki, hadisə sentyabrın 2-də, Qaçaq Nəbi küçəsində qeydə alınıb. İllərdir ki, sözügedən küçədə birtərəfli hərəkət təşkil edilməsinə baxmayaraq bəzi sürücülər nişanın tələbinə məhəl qoymurlar. Qeydə alınmış videodan da aydın şəkildə görünür ki, 9 nəqliyyat vasitəsinin sürücüsü birtərəfli yolun əksi istiqamətində hərəkət edərək qarşıdan gələn sürücülərə maneə törədib.

Qeyd edək ki, bu qayda pozuntusuna görə, İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsilə 4 bal 150 manat məbləğində cərimə nəzərdə tutulub.

Fərid

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью