Masazırda tatu mübahisəsi ölümlə bitdi

13.08.2026

Yenisabah saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Avqustun 12-də saat 22 radələrində Masazır qəsəbəsindəki Yeni Bakı Yaşayış Massivində 1993-cü il təvəllüdlü Sahil Nuriyevin qətlində şübhəli bilinən şəxs saxlanılıb.

“Yeni Sabah” xəbər verir ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 2008-ci il təvəllüdlü Hüseyn Vəliyevdir.

İddialara görə, qətlə yetirilən 33 yaşlı Sahil Nuriyevin qardaşı tatu ustasıdır. O, bir nəfərə tatu vurub. Lakin xidmətin ödənişi ilə bağlı tərəflər arasında mübahisə yaranıb. pizza mizza

Sonradan mübahisəyə qoşulan Sahil Nuriyev kürəyindən bıçaqlanıb və ağır vəziyyətdə Abşeron Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью