Masazırda tort istehsalı sahəsində nöqsanlar aşkarlanıb

09.04.2026

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 9 aprel, AZƏRTAC

Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları daxil olan vətəndaş müraciəti əsasında Abşeron rayonu, Masazır qəsəbəsi, İstiqlaliyyət küçəsi 30 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Rəcəbov Nadir Heydər oğluna məxsus “Şok” marketdə yoxlama aparıblar.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, yoxlama zamanı marketdə yerləşən tort istehsalı sahəsində texniki normativ-hüquqi aktların tələblərinin pozulduğu müəyyən edilib.

Nöqsanlarla bağlı inzibati qərar qəbul edilərək cərimə tətbiq olunub, tort istehsalı sahəsinin fəaliyyəti məhdudlaşdırılıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью