Yeniavaz saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Xəbər verdiyimiz kimi, ötən ay paytaxtda qeydə alınan intensiv yağışlar bir sıra fəsadlara səbəb olub.
Yeniavaz.com xəbər verir ki, Masazır sakinləri, artıq 2 həftədən çox keçməsinə baxmayaraq, hələ də həyətlərinin və küçələrinin su altında olduğunu bildirirlər.
“17 maydan bəri, yəni artıq 15 gundür, Masazır qəsəbəsi Zərifə Əliyeva küçəsi suyun içindədir, hələ də suları çəkib qurtarmayıblar.
Vətəndaşlar dəfələrlə Su Ehtiyatları Agentliyinə, Fövqəladə Hallar Nazirliyinə müraciət etsələr də, hələ də suyu çəkməyiblər. Buna görə sakinlər məcburən evlərini tərk ediblər”, - redaksiyamıza müraciət edən qəsəbə sakini bildirib.
O ötən gün, mayın 31-də yaşadığı ünvanda lentə aldığı görüntüləri də təqdim edib:
Xatırladaq ki, daha əvvəl sözügedən məsələ ilə bağlı adıçəkilən qurumlara müraciət edilsə də, cavab almaq mümkün olmayıb.
Murad Məmmədov