Masazırda yanaraq ölən sürücünün və avtomobilinin Görüntüləri

08.12.2025

Icma.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.

Ötən gecə Masazırda baş vermiş qəzada həlak olan Qurbanəli Əlizadənin və avtomobilinin görüntüləri yayılıb.

“Qafqazinfo” xəbər verir ki, “Hyundai” markalı avtomobillə toqquşan “BMW”nin ona məxsus olması müəyyənləşib.

Bildirilir ki, “Hyundai” ilə toqquşan “BMW” markalı minik avtomobili anidən alovlanıb. Nəqliyyat vasitəsinin içərisində olan 3 nəfər çıxarılaraq xəstəxanaya çatdırılıb. Lakin Qurbanəli Ağa oğlu Əlizadə həyatını itirib, digər 2 şəxsin müalicəsi isə xəstəxanada davam etdirilir.

Mərhumun və avtomobilinin fotolarını təqdim edirik:

Aslan Vəliyev



Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью