Masazırda zirvə oyunu: kimin seriyası qırılacaq?

18.12.2025

futbolpress-az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Sabah” Premyer Liqanın I turundan təxirə salınmış oyunda bu gün “Qarabağ”la qarşılaşacaq. Masazırda, “Bank Respublika Arena”da keçiriləcək görüşə saat 19:30-da start veriləcək.

“Qarabağ” Premyer Liqada 33 xalla liderdir. “Atlılar”a zirvədə qalmaqçün heç-heçə də kifayət edir. “Sabah” isə birinci pilləyə yüksəlməkçün mütləq qələbə qazanmalıdır.

“Bayquşlar” yaxşı formadadır. Valdas Dambrauskasın rəhbərlik etdiyi kollektiv sonuncu dəfə avqustda “İmişli”yə uduzub – 0:1. “Sabah bundan keçirdiyi 13 rəsmi oyunda məğlub olmayıb – 4 heç-heçə, 9 qələbə. “Qarabağ” da çempionatda sonuncu dəfə avqustda məğlub olub. “Atlılar” ev oyununda “Sumqayıt”a uduzub – 0:1.

Komandalar arasında baş tutan son beş oyunda tərəflər hərəyə bir qələbə qazanıb. Üç oyunda bərabərlik qeydə alınıb. “Sabah” ev oyununda sonuncu dəfə 2024-cü ilin yanvarında kubok matçı çərçivəsində “Qarabağ”a uduzub – 1:7. Masazırda baş tutan son üç dueldə “Sabah” bir qələbə qazanıb, iki dəfə heç-heçə edib.

Şahin Cəfərov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью