Avtosfer saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Abşeronda yolların vəziyyəti artıq ərazidə yaşayan vətəndaşlarda ciddi narazılıqlara səbəb olur.
Avtosfer.az xəbər verir ki, rayonun Masazır qəsəbəsi “Qurtuluş-93” yaşayış massivinə doğru uzanan yol bəörbad vəziyyətə düşüb. Belə ki, yaşayış massivinin ortasından keçən İstiqlaliyyət küçəsində uzun müddətdir asfaltın dağılması yaşayış sonasında hərəkəti çətinləşdirir. Son bir neçə ayda yağan yağışlar vəziyyəti daha da pisləşdirib.
Daha əvvəl asfaltda yaranan kiçik çökəkliklər asfaltın yağış suları ilə yuyulmasından sonra geniş çuxurlarla əvəzlənib. Bu da avtomobillərə ciddi ziyan verir. Sakinlər yaşayış massivi ərazisindəki yolların diqqətdə saxlanılmasını və problemin həll edilməsini aidiyyəti qurumlardan tələb edir.
Səfər