Masazırdakı hadisədə xəsarət alanların son durumu

29.11.2024

Icma.az, Publika.az portalına istinadən məlumatı açıqlayır.

Masazırda uçulma nəticəsində xəsarət alanların vəziyyəti məlum olub.

TƏBİB-dən Publika.az-a verilən məlumata görə, 29.11.2024-cü il tarixində saat 17:20-də Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına 2 nəfər (kişi cinsli) hospitalizasiya olunub.

Sağ baldır nahiyəsinin əziyi diaqnozu təyin edilən 1984-cü il şəxsə Təcili yardım şöbəsində zəruri tibbi yardımlar göstərilib və vəziyyəti kafi qiymətləndirilərək ambulator müalicə üçün evə buraxılıb.

Döş qəfəsinin və bel-oma nahiyəsinin əziyi diaqnozları təyin edilən 1997-ci il təvəllüdlü şəxs isə Reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti orta ağır qiymətləndirilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью