Hurriyyet portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Abşeron rayonu, Masazır kəndi, Düz zavodu yolu, 2-ci yaşayış massivi, 3-cu bina, 1-ci blok, mənzil 11-də yaşayan Ramiz İbrahimzadə xxx oğlu tərəfindən “Hürriyyət” qəzetinin redaksiyasına şikayət məktubu daxil olub.
Şikayətçi saytımız vasitəsilə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, Baş prokuror Kəmran Əliyevə, Daxili İşlər naziri Vilayət Eyvazova, Ombudsman Sabinə xanım Əliyevaya müraciət edir: “Bildirirəm ki, mən valideyn himayəsindən məhrum olmuş, tənha, II qrup əlil şəxsəm və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun nəzdində dövlət uşaq müəssisələrinin valideyn himayəsindən məhrum olmuş məzunları üçün yaradılmış "Mənzun evi" sosial müəssisənin balansında olan Abşeron rayonu, Masazır kəndi, Düz zavodu, yolu 2-ci yaşayış massivi, 3-cu bina, 1-ci blok, 11-ci mənzildə yaşayıram.
Yaşadığım “Məzun evi”ndə valideyn himayəsindən məhrum olmadığı halda, oranın sakini olan Novruzov Rəşad Əhliman oğlu, qardaşı Novruzov Elşad Əhliman oğlu və anaları Laləzar xanım 3 uşaq anası olan və uşaqları təkbaşına böyüdən Abbasov Sevda Bayram qızını evindən məhrum etmək üçün hər yola əl atırlar.
Uzun müddətdir ki, onlar bu ailəni tanımayan şəxsləri yığaraq, sözügedən xanıma və əvvəlki yoldaşına qarşı fiziki və psixoloji təzyiqlər göstərirlər.
Bunu ona görə edirlər ki, Abbasova Sevdanın müəssisədəki evini əlindən alıb, başqa şəxslərə verə bilsinlər.
Sonuncu dəfə 3 aprel tarixində, səhər vaxtı Novruzov Rəşad Əhliman oğlu qonşuları da öz tərəfinə çəkib, ayağa qaldıraraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə gedərək, orada Abbasova Sevdaya və yoldaşına qarşı təxribat törədiblər.
Onlar qeyri-müəyyən şəxslərdən imzalar toplayaraq və saxta ərizələr hazırlayaraq, dövlət qurumlarına, o cümlədən Sosial Xidmətlər Agentliyinə təqdim ediblər.