Masazırdakı oyunda zədə aldı, meydanı xərəkdə tərk etdi

06.04.2025

Icma.az bildirir, Qol.az saytına əsaslanaraq.

Misli Premyer Liqasının 29-cu turun bu gün keçirilən “Sabah” - “Kəpəz” matçında qonaq komanda ciddi itki ilə üzləşib.

QOL.az xəbər verir ki, 18-ci dəqiqədə Mahamadu Ba “Sabah”ın futbolçusu Kahim Parrislə top uğrunda mübarizə zamanı zədələnib. Bu səbəbdən 25 yaşlı malili futbolçu məcburi əvəzlənməli olub.

O, meydanı xərəkdə tərk edib. 

Mahamadu Banı Elmir Tağıyev əvəzləyib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью