“Masdar”: Azərbaycan investisiya yatırımı üçün uğurlu ölkələrdən biridir

02.06.2025

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 2 iyun, AZƏRTAC

Azərbaycanda 2027-ci ilədək 1,2 qiqavatdan çox enerji istehsal edəcəyik.

AZƏRTAC xəbər verir ki, bu sözləri “Masdar” şirkətinin Azərbaycan nümayəndəliyinin rəhbəri Murad Sadıqov Bakı Enerji Həftəsi çərçivəsində keçirilən “Enerji sənayesində davamlılıq" mövzusunda panel müzakirəsində çıxışı zamanı deyib.

O bildirib ki, şirkət artıq iki başqa layihə üzərində işləyir.

“Qarabağda 240 meqavatlıq külək elektrik stansiyası tikməyi planlaşdırırıq. Biz müstəqil enerji istehsalçısıyıq. Azərbaycanda qanunvericilik və iqtisadi sahələrdə həyata keçirilən islahatlar ölkəyə investisiya yatırımını asanlaşdırıb. İnvestisiya imkanına malik olan ölkələr qlobal şirkətlərin diqqətini çəkir. Bu baxımdan Azərbaycan investisiya yatırımı üçün uğurlu ölkələrdən biridir”, - deyə o qeyd edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью