Masil Dəmirov: Azərbaycan yeni dövrün dinamik başlanğıcına imzasını çəkdi | Icma.az
Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.
2024-cü ildə Azərbaycan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) 29-cu Tərəflər Konfransına ev sahibliyi etdi və bu, dövlətimizin artan beynəlxalq nüfuzunun əyani təsdiqi oldu.
Bununla Azərbaycan milli nailiyyətlərin bütün dünya üçün nümunə ola biləcəyi iqlim diplomatiyasının yeni dövrünün dinamik başlanğıcına imzasını atdı.
Bu hadisə beynəlxalq ekoloji gündəmdə mühüm mərhələ oldu və həm qlobal siyasət, həm də ölkənin inkişafı üçün çoxşaxəli əhəmiyyət kəsb etdi.
Bu sözləri “XQ”yə müsahibəsində beynəlxalq münsibətlər üzrə analitik Masil Dəmirov dedi.
Ekspert bildirdi ki, irimiqyaslı tədbirin Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq aləmdəki statusunu ciddi yüksəltdi.
Ölkə iqlim dəyişikliyi ilə mübarizə və davamlı inkişafı dəstəkləmək üçün qlobal təkanda mühüm aktora çevrilib.
Bu, Azərbaycanın qlobal ekoloji xəritədə məsuliyyətli və mütərəqqi oyunçu kimi nüfuzunu gücləndirdi və beynəlxalq siyasətdə mövqeyinin möhkəmlənməsinə kömək etdi.
Tam oxu
Xəbəri oxu