Maşın 50 yaşlı kişini vurub öldürdü

13.11.2024

Qafqazinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Goranboyda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

“Qafqazinfo” xəbər verir ki, rayonun Qaraçinar kəndində 1974-cü il təvəllüdlü Zeynalov Manaf Məhəmməd oğlunu avtomobil vurub.

O, ağır halda xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Yunis Quliyev

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью