Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı

03.06.2026

Icma.az bildirir, Axar.az portalına istinadən.

Ağdaş rayonunda ölümlə nəticələnən avtomobil qəzası olub.

Axar.az xəbər verir ki, hadisə rayon mərkəzində qeydə alınıb.

Əlirza Lətifovun idarə etdiyi VAZ-2106 markalı avtomobilin ağaca çırpılması nəticəsində nəqliyyat vasitəsində olan sərnişin, 37 yaşlı Elgün Həsənov hadisə yerində ölüb.

Digər sərnişin, 41 yaşlı Ramil Həsənov isə xəsarət alıb.

DİN Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью