Maşın almaq istəyənlər oxusun: qiymətlər kəskin dəyişəcək Bu tarixdə | Icma.az
GlobalInfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
2026-cı il yanvarın 1-dən etibarən xaricdən idxal olunan hibrid, elektrik avtomobillərinə tətbiq edilən ƏDV və gömrük rüsumu güzəştlərinin müddəti başa çatır.
Son illərdə bu güzəştlər həm satış həcmini artırıb, həm də ekoloji nəqliyyatın yayılmasına təkan verib.
Güzəştlərin bitməsi nə ilə nəticələnəcək? Yanvarın 1-dən sonra maşın bazarında qiymət artımı, tələbin azalması ola bilərmi?
Globalinfo.az-a danışan nəqliyyat məsələləri üzrə ekspert İlqar Hüseynli deyib ki, hibrid və tam elektrik avtomobillərin gömrük ilə ƏDV rüsumlarından azad edilməsi avtomobil parkının xeyli dərəcədə yenilənməsinə səbəb olub: “Qiymətlərin aşağı olması bazarda tələb və təklif balansına təsir edib.
Çünki vətəndaşlar daha çox yeni və nisbətən ucuz nəqliyyat vasitələrinə üstünlük veriblər.
Lakin nəzərə almaq lazımdır ki, ölkə üzrə avtomobil parkı hələ tam yenilənməyib və bu proses yalnız kiçik bir hissəni əhatə edir.
Buna görə də dövlət artan hibrid və elektromobil idxalı fonunda qeyd olunan rüsumların tətbiq olunmaması səbəbilə büdcəyə daxilolmaların azalmasından narahatdır.
Tam oxu
Xəbəri oxu