Icma.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Son zamanlar qiymətində azalma müşahidə edilən avtomobillər sırasında BMW-nin F10 modeli yer alıb.
Redaktor.az xəbər verir ki, f10-un “dorestyle” modelləri bazarda 19-24 min arası məbləğə təklif olunur. Bəs F10-lar niyə ucuzlaşıb?
Əvvəla onu qeyd edək ki, bazar qiymətinə təsir edən ən vacib şey tələbdir ki, f10-a da əvvəlki tələb yoxdur.
Həm daha üstün və müasir texnologiyaya malik Çin avtomobillərinə marağın artması, həm modelin artıq köhnəlməsi, yanacaq sərfiyyatı, yürüyüşün ildən-ilə artması, ABŞ-dən ucuz qiymətə gətirilməsi və başqa bu kimi məsələlər modelin qiymətinə mənfi təsir edir.
Bu modellər artıq daha yeni BMW 5-ci seriya avtomobilləri (F90 və daha sonra G30) ilə əvəz olunub, yəni F10-lar köhnəlmiş texnologiya və dizayna malikdirlər.
Texnologiya sahəsindəki sürətli inkişaf nəticəsində F10-un bəzi xüsusiyyətləri daha müasir modellər qədər cəlbedici deyil.
İkincisi, avtomobillər köhnəldikcə texniki xidmət və təmir ehtiyacları artır, bu da saxlanma xərclərinin artmasına gətirib çıxarır.