Icma.az bildirir, Avtosfer saytına əsaslanaraq.
Maşın bazarında yeni “qayda” tətbiq olunduğu iddia edilir.
Avtosfer.az xəbər verir ki, iddialara görə, avtomobil bazarının ərazisində müəyyən edilmiş parklanma müddətini keçən sürücülərdən əlavə 6 manat ödəniş tələb olunur.
Məsələ ilə bağlı ərazidə olan vətəndaşlardan biri isə tətbiq edilən ödənişə etiraz edib. O, avtomobilini ödənişin həyata keçirildiyi hissədə saxlayaraq ərazidən çıxmayacağını bildirib.
Vətəndaş tələb olunan əlavə ödənişin hansı əsasla müəyyənləşdirildiyinin aydın olmadığını qeyd edib və məsələ ilə bağlı aidiyyəti şəxslərdən açıqlama tələb edib.
Eltac Zülfüqaroğlu
bax.tvhttps://player.bax.tv/embed/227623.html?utm_source=playerden&utm_medium=paylasim&utm_campaign=avto-moto-xeberler