Demokrat.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Cari ilin yanvar-iyun aylarında Azərbaycana 546 milyon 668,6 min dollar dəyərində 29 min 637 minik avtomobili gətirilib. İdxalın azalması fonunda bazardakı qiymətlər və alıcı tələbi ciddi maraq doğurur.
Demokrat.az-a bu barədə açıqlama verən iqtisadçı Xalid Kərimli deyib ki, avtomobil satışlarının azalmasının əsas səbəbi ötən il avtomobil idxalının kəskin artmasıdır:
“Ötən il vergi güzəştlərinin müddətinin başa çatacağı nəzərə alınaraq, satıcılar, dilerlər və vətəndaşlar alışlarını sürətləndirdilər. Dilerlər və satıcılar sərgiləri və anbarları doldurdular, vətəndaşlar isə avtomobilini dəyişmək planı olanlar alışlarını əvvəlcədən etdilər. Buna görə də ötən il tələbat kəskin şəkildə artdı, bu il isə həmin tələbatın müəyyən hissəsinin artıq əvvəlcədən təmin olunması səbəbindən satışlarda azalma müşahidə olunur. Bu proseslərin baş verəcəyi ilə bağlı proqnozlar da əvvəlcədən mediada səsləndirilmişdi”.
İqtisadçı qeyd edib ki, satışların azalmasının avtomobil qiymətlərinə ciddi təsiri yoxdur:
“Çünki avtomobillər xaricdən idxal olunur və xaricdə istehsal edilir. Satıcıların avtomobilin üzərinə qoyduğu qazanc marjası da cüzidir. Adətən avtomobilin dəyərinin təxminən 3-5 faizi həcmində məbləğ əlavə olunur. Yəni burada böyük gəlirlilikdən söhbət getmir. İlkin avtomobil qiymətlərini əsasən istehsalçılar və satıcılar müəyyənləşdirir. İkinci əl avtomobil bazarında isə müəyyən dəyişikliklər ola bilər. Əvvəllər hibrid avtomobillərə tətbiq olunan vergi güzəştləri ənənəvi, daxiliyanma mühərrikli avtomobillərə tələbatı müəyyən qədər azaltmışdı. İndi isə bu seqmentdə müəyyən canlanma müşahidə oluna bilər”.
Fidan Hacızadə
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın. Demokrat.az-a bu barədə açıqlama verən iqtisadçı Xalid Kərimli deyib ki, avtomobil satışlarının azalmasının əsas səbəbi ötən il avtomobil idxalının kəskin artmasıdır: