Maşın betona çırpıldı, yanıb kül OLDU

23.11.2024

Icma.az bildirir, Modern.az saytına əsaslanaraq.

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

Modern.az-ın məlumatına görə, 2005-ci il təvəllüdlü E.Paşayevin idarə etdiyi “Changan” markalı avtomobil idarəetməni itirərək beton hasara çırpılıb.

Qəzadan sonra avtomobildə yanğın olub. Dərhal əraziyə FHN-in yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub. Yanğın söndürülsə də, avtomobil yararsız hala düşüb. Sürücü isə xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью