Maşın dirəyə çırpıldı yaralılar var

28.11.2024

Icma.az, Bakupost saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Cəlilabad rayonunda idarəetməni itirən "VAZ 2107" markalı minik avtomobili dirəyə çırpılıb.

Bakupost.az Modern.az -a istinadla xəbər verir ki, hadisə köhnə Ələt-Astara avtomobil yolunun Cəlilabad rayonunun Maşlıq kəndindən keçən hissəsində qeydə alınıb.

Hadisə nəticəsində iki nəfər - rayon sakini, 1961-ci il təvəllüdlü Mirzəcan Cəfərov və 1974-cü il təvəllüdlü Nazim Əlihünbətov müxtəlif bədən xəsarətləri alıb. Yaralılar təcili tibbi yardım briqadası tərəfindən rayon xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью