Maşın işıq dirəyinə çırpıldı: 1 ölü, 3 yaralı KONKRET

02.06.2025

Konkret.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Şabranda avtomobil işıq dirəyinə çırpılıb.

KONKRET.az xəbər verir ki, 1980-cı il təvəllüdlü Özbəy Adəm oğlu Əmirhəmzəyev idarə etdiyi “Qaz 53” markalı avtomobillə Zeyvə kəndində hərəkətdə olan zaman idarəetməni itirərək yolkənarındakı işıq dirəyinə çırpılıb.

Nəticədə sürücü hadisə yerində ölüb, avtomaşında olan sərnişinlər – 2011-ci il təvəllüdlü Tərlan Əzim oğlu Balaqədəşov, 1975-ci il təvəllüdlü Gülmalı Şahmirzə oğlu Balaqədəşov və 1990-cı il təvəllüdlü Həmid Hikmət oğlu Şıxəliyev isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Faktla bağlı cinayət işi başlanıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью