Maşın kanala aşdıı: 2 nəfər boğulub ÖLDÜ

21.02.2025

Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Ötən gün axşam saatlarında Kürdəmir rayonu Şilyan kəndində “Mitsubishi L200” markalı avtomobil sürüşərək əkin sahəsinin içərisində olan su kanalına düşüb.

Məlumata görə, hadisə nəticəsində sürücü 1967-ci il təvəllüdlü Elşən Hacıyev və 1977-ci il təvəllüdlü Cabir Əhmədov həyatını itirib.

Məlumata görə, Elşən Hacıyev Muradxanlı kəndində əkinçilik və maldarlıqla məşğul olub. Hadisə əkin sahəsinə baxışa getdikləri zaman baş verib.

Faktla bağlı Kürdəmir RPŞ-də cinayət işi başlanıb.

"Cebheinfo.az"

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью