Maşın nömrələrində region kodu belə olacaq Yenilik

21.11.2025

Icma.az xəbər verir, Axar.az saytına əsaslanaraq.

Azərbaycanda dövlət qeydiyyat nişanlarına yeni standart tətbiq olunacaq.

Axar.az Oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı AZS 599:2025 dövlət standartı qəbul olunub.

Yeni standarta əsasən, nəqliyyat vasitələrinin region kodu həm iki, həm də üçrəqəmli olacaq.

Bununla əlaqədar olaraq yeni veriləcək bir sıra nömrələrdə altı rəqəm olacaq:

- İlk 3 rəqəm - region kodu,

- Ardınca gələn 2 hərf - nəqliyyat vasitəsinin seriyası,

- Son 3 rəqəm isə - nəqliyyat vasitəsinin qeydiyyat nömrəsini ifadə edəcək.

Xatırladaq ki, standarta edilmiş yeniliklərə əsasən, avtomobil nömrələrində hərf və rəqəmlər arasındakı defis işarələri və çip elementləri də ləğv olunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью