Avtosfer saytına istinadən Icma.az xəbər verir.
Bakının Sabunçu rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az unikal-a istinadən xəbər verir ki, hadisə iyulun 27-də Pirşağı qəsəbəsində, Hüseynbala Əliyev küçəsində qeydə alınıb.
Belə ki, Eminov Emin Samir oğlunun idarə etdiyi minik avtomobili yolu keçmək istəyən piyada Əliyev Həsənbala Fəxrəddin oğlunu vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.