Maşın qaz borusuna çırpıldı Xəsarət alan var

25.11.2024

Demokrat.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı-Qazax magistral yolunun rayonun Hacıməlik qəsəbəsindən keçən hissəsində minik avtomobili qaz xəttinə çırpılıb.
“Qafqazinfo” xəbər verir ki, hadisə zamanı sürücü 1968-ci il təvəllüdlü N.Cəfərov ağır xəsarət alıb.
O, Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə aparılıb.
Qeyd edək ki, hadisə nəticəsində qaz borusu sıradan çıxıb. Əraziyə aidiyyəti qurumun əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью