Maşın Qudyalçaya aşdı Sürücü yuxulu imiş

14.07.2026

Icma.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Xaçmaz-Xudat yolunda VAZ markalı avtomobil Qudyalçay üzərindən keçən körpüdən aşıb.

“Qafqazinfo” xəbər verir ki, qəza nəticəsində sürücü-Xaçmaz rayon sakini Hüseyn Məmmədov xəsarət alıb.

Hadisənin baş verməsinə səbəb kimi sürücünün yorğun, yuxusuz halda sükan arxasında əyləşməsi ehtimal olunur.

Baş Dövlət Yol Polisi İdarəsi qeyd olunan səbəbdən dəfələrlə ağır yol-nəqliyyat hadisələrinin baş verdiyini bir daha xatırladıb və sürücülərə müraciət edərək onları yorğun, yuxusuz halda sükan arxasına əyləşməməyə, iş və istirahət rejiminə ciddi əməl etməyə, özlərinin və digər hərəkət iştirakçılarının təhlükəsizliyinə, həyat və sağlamlığına biganə yanaşmamağa çağırıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью