Axar.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Beyləqanda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Axar.az xəbər verir ki, hadisə rayonun Bahar qəsəbəsində baş verib.
Belə ki, Arif Aslanov idarə etdiyi VAZ-2106 markalı avtomobil ilə hərəkətdə olarkən idarəetməni itirib, avtomobili su arxına aşıb.
Hadisə nəticəsində sürücü ölüb, sərnişin 1967-cı il təvəllüdlü Həbib Kərimov müxtəlif bədən xəsarətləri alıb.
Faktla bağlı cinayət işi başlanılıb.