Icma.az, Avtosfer saytına istinadən bildirir.
Paytaxtın Ziya Bünyadov prospektində sürücünün ətrafı zibilləməsi kameraya düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə oktyabrın 31-də saat 12:00 radələrində qeydə alınıb. Kadrlardan görünür ki, 10-YE-955 dövlət nömrə nişanlı “Changan” markalı avtomobilin sürücüsü əlindəki salfeti yolun hərəkət hissəsinə atıb. Bir müddət sonra isə eyni hərəkəti bir neçə dəfə təkrarlayaraq avtomobilindən salfetləri küçəyə tullayıb.
Şikayətçinin sözlərinə görə, sürücü bununla kifayətlənməyərək yolboyu ərazini tullantılarla çirkləndirib.
Xatırladaq ki, nəqliyyat vasitəsindən yolun hərəkət hissəsinə və ya yolun ətrafına tullantı atılması yolverilməzdir.
Nərmin