Qafqazinfo saytına istinadən Icma.az xəbər verir.
Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.
“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Köhnə Qala kəndində qeydə alınıb.
İlkin məlumata görə, Mingəçevir şəhər sakini 1992-ci il təvəllüdlü Elzamin Heydərov idarə etdiyi “VAZ 2107” markalı avtomobil traktorun qoşqusuna çırpılıb.
Hadisə nəticəsində adıçəkilən sürücü müxtəlif bədən xəsarətləri ilə Tovuz rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onun vəziyyəti orta-ağırdır.
Faktla bağlı araşdırma başlanılıb.
Yunis Quliyev