Maşın ustası, yoxsa cadugər və dələduz? VİDEO

05.12.2024

Icma.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.

Özünü dindar kimi qələmə verən, amma cadugərliklə məşğul olan Rəsul adlı avtomobil təmiri ustası hüquq-mühafizə orqanları tərəfindən ifşa edilib. O, müştərilərindən birinə qarşı dələduzluq etməkdə, külli məbləğdə ziyan vurmaqda ittiham edilir.

Avtosfer.az xəbər verir ki, hazırda onun haqqında Xəzər Rayon Məhkəməsi tərəfindən 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Görünür, bu “usta” şeytan əməli sayılan cadugərliklə pul qopartdığı müştərilərinin, necə deyərlər, “dilini-ağzını bağlayırmış”. Deyilənə görə, təmir etdiyi avtomaşının müxtəlif yerlərinə gizli şəkildə qoyduğu cadu, çəkdiyi qurd yağı ilə müştəriyə təsir göstərmək istəyirmiş.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью