Maşın vuran piyada xəstəxanada öldü

04.11.2024

Unikal.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Naxçıvan şəhərində avtomobilin vurduğu piyada xəstəxanada ölüb.

"Unikal" xəbər verir ki, hadisə ötən gecə şəhərin Babək məhəlləsində qeydə alınıb.

Məlumata görə, Əzimov Nurəddin Əli oğlunun idarə etdiyi 67-BB-955 dövlət nömrə nişanlı "Ford" markalı avtomobil yolu keçən 1955-ci il təvəllüdlü Həşimova Fatma Kazım qızını vurub.

Xəsarət alan F.Həşimova Naxçıvan Muxtar Respublika Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью