Maşın yandı; polis təhlükəsizliyi belə təmin etdi VİDEO

16.12.2025

Icma.az, Avtosfer portalına istinadən məlumat yayır.

Ötən gün axşam saatlarında paytaxtın Nəsimi rayonu, Səməd Vurğun və Molla Pənah Vaqif küçələrinin kəsişməsində nəqliyyat vasitələrindən birində yanğın qeydə alınıb. Hadisə ilə bağlı əraziyə polis əməkdaşları cəlb olunub.

Avtosfer.az xəbər verir ki, polis əməkdaşları tərəfindən yanğının söndürülməsinə ilkin müdaxilə edilib, eyni zamanda kəsişmədə yol hərəkəti iştirakçılarının təhlükəsizliyinin təmin olunması və yanğınsöndürənlərin hadisə yerinə manesiz və təhlükəsiz şəkildə yaxınlaşması üçün zəruri şərait yaradılıb.

Görülən operativ tədbirlər nəticəsində yanğın qısa müddət ərzində söndürülüb. Hadisə ilə bağlı araşdırma aparılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью