Icma.az xəbər verir, Avtosfer saytına əsaslanaraq. Bakıda küçədə dalaşan sevgililər polis əməkdaşları tərəfindən saxlanılıb.
Avtosfer.az xəbər verir ki, hadisə Xətai rayonu Xocalı prospektində baş verib.
Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Bölməsinin əməkdaşları “BMW” markalı avtomobildən düşən kişi ilə qadının dalaşmasını və qışqıraraq səs-küy salmasını görüblər.
Onlar polis tərəfindən böğlməyə dəvət edilib. Məlum olub ki, küçədə ictimai asayişi pozan şəxslər 1983-cü il təvəllüdlü Meyransa Məmmədova (
Ə.Fətullayev barəsində inzibati xətaya dair protokol tərtib edilib və o, məhkəməyə göndərilib.
Saxlanılan şəxs bildirib ki, dalaşdığı qadın onun sevgilisidir və qısqanclığa görə aralarında mübahisə olub: “8 aya yaxındır ki, Meyransa ilə qeyri-rəsmi münasibətdəyik.
11 noyabr 2024-cü il tarixində saçımı kəsdirmək üçün maşınımla getmişdim. Meyransa isə avtomobildə təxmini olaraq 1 saatdan çox gözləyib.
Mən avtomobilə geri qayıdan zaman Meyransa ilə aramızda qısqanclıq zəminində mübahisə başladı.