Maşındakı yanğın evi külə döndərdi FOTOLAR

14.04.2025

Icma.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Mingəçevir şəhərində minik avtomobilində başlanan yanğın fərdi yaşayış evinə sıçrayıb.
Demokrat.az xəbər verir ki, hadisə Mingəçevir Tərəvəzçilik yaşayış massivi, Bahar küçəsi 17 ünvanında qeydə alınıb.
Ev sahibəsi Qənirə Kərimova bildirib ki, əvvəlcə həyətdə olan "Opel" markalı avtomobil yanıb. Daha sonra alov 3 otaqlı evə keçib. Yanğında ev əşyaları da yanıb.
Hadisə zamanı o, qızı və nəvələri ilə evdə olublar. Ailə pəncərələrdən çıxaraq xilas olublar.
Olayda yaralanan olmayıb. Yanğın hadisə yerinə cəlb olunan yanğınsöndürənlər tərəfindən söndürülüb.
Faktla bağlı araşdırma aparılır.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью